Almaniya şokda, İtaliya finalda - YENİLƏNİB
29.06.2012 - 00:38
Almaniya şokda, İtaliya finalda - YENİLƏNİB
Avropa çempionatında 2-ci finalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ardıcıl 2-ci dəfə turnirin həlledici oyununa çıxan İspaniya yığmasının budəfəki rəqibi gözlənilmədən İtaliya millisi olub. Belə ki, ən çox Avropa çempionu olan Almaniya millisinin yarımfinalda məğlubiyyətini sensasiyalı saymaq olar. Bununla da turnirin qalibi olmağa əsas namizəd olan almanlar şoka düşüb. Hələ ki cəmi bir dəfə Avropa çempionu olan İtaliya isə 44 illik fasilədən sonra finala çıxıb, yenidən qalib olmağa çalışacaq. Ona bu imkanı dubl etməklə, oyunun qəhrəmanı olan hücumçu Mario Balotelli yaradıb.

Qeyd edək ki, İspaniya ilə İtaliya bir qrupda yer alaraq, ilk turda 1:1 hesablı bərabərliyə qalmışdılar. Bu dəfə onlar iyulun 1-də finalda Kiyevdə Olimpiya stadionunda üzləşəcək.



AVRO-2012

Final mərhələsi
½ final


ALMANİYA – İTALİYA - 1:2
QOLLAR: Məsut Özil, 90+2-pen - Mario Balotelli, 20, 36
Baş hakim: Stefan Lannua (Fransa)
Varşava. Milli stadion