İker Kasilyasın 100-cü qələbəsi
28.06.2012 - 15:05
Avropa çempionatının yarımfinal mərhələsində Portuqaliya yığması ilə oyun İspaniya millisinin kapitanı İker Kasilyas üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının 31 yaşlı qapıçısı yığmada 100-cü qələbəsini qazanıb. İspanlar buna qolsuz bərabərliklə nəticələnən oyunun penaltilər seriyasında 4:2 hesablı qələbə ilə nail olub. Kasilyas rəqibin yarımmüdafiəçisi Joao Moutinyonun zərbəsini qaytarıb, müdafiəçi Bruno Alveşin həmləsindən sonra isə top qapı tirinə dəyib.
Qeyd edək ki, İker heyətində Avropa və dünya çempionluğu qazandığı yığmasında keçirdiyi 136 oyunla rekordçudur.
Qeyd edək ki, İker heyətində Avropa və dünya çempionluğu qazandığı yığmasında keçirdiyi 136 oyunla rekordçudur.
- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0