Bekhemin London Olimpiadası arzusu ürəyində qaldı
28.06.2012 - 17:47
Dünya şöhrətli ingilis futbolçu Devid Bekhem London Olimpiadasında iştirak etmək arzusu ürəyində qalıb. Apasport.az saytının məlumatına görə, ABŞ-ın “Los-Anceles Qelaksi”nin 37 yaşlı yarımmüdafiəçisinin adı Böyük Britaniya yığmasının iştirak ərizəsinə düşməyib. Baş məşqçi Stüart Pirs ulduz futbolçunu məsul turnirə aparmaqdan imtina edib. Olimpiadada futbol yığmasında yaşı 21-dən yuxarı 3 futbolçunun oynamağına icazə verilir ki, bunların uelslilər – yarımmüdafiəçi Rayan Giqqz (“Mançester Yunayted”), hücumçu Kreyq Bellami (“Liverpul”) və ingilis müdafiəçi Mika Riçards “Mançester Siti”) olacağı açıqlanıb.
İngiltərə millisinin sabiq kapitanı olan Bekhem həmkarlarının yığmaya faydalı olacağına inanır: “Hamı bilir ki, ölkəmiz üçün çıxış etmək mənim üçün həmişə necə böyük əhəmiyyət kəsb edib. Mənim üçün London Olimpiadasında iştirak etmək böyük fəxr olardı. Mən çox məyusam, ancaq məndən güclü yığmaya azarkeş edən insan olmayacaq. Ümid edirəm ki, onlar Britaniyaya qızıl medal qazandıracaq”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0