Almaniya yığmasının dünya rekordu qırıldı
29.06.2012 - 10:27
Almaniya yığmasının dünya rekordu qırıldı
Almaniya milli komandasının rekordu qırıldı. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının yarımfinalında İtaliya yığmasına 1:2 hesablı məğlubiyyət Bundestimin dünya göstəricisini yaxşılaşdırmağa imkan vermədi. Belə ki, Yoahim Lövün baş məşqçisi olduğu yığma bunadək ardıcıl 15 rəsmi oyunda qalib gəlmişdi ki, bunlardan ikisi ötən seçmə mərhələdə millimizi evdə 6:1, səfərdə 3:1 hesabı ilə yendikləri matçdır.

Maraqlıdır ki, almanların rəsmi oyunda sonuncu məğlubiyyətini də məhz yarımfinalda olmuşdu. Bu, 2 il öncə dünya çempionatında İspaniyaya 0:1 hesabı ilə uduzduğu matçdır. Lövün komandasının digər rekordu isə ardıcıl 21 oyunda qol vurmaqdır ki, İtaliya ilə oyunda uduzsa da, rəqib qapısına yol tapmaq mümkün oldu. Onun müəllifi olan əslən türkiyəli olan yarımmüdafiəçi Məsut Özil matçın 2-ci uzatma dəqiqəsində penaltidən qol vurdu.