Finalın hakimi bəlli oldu
29.06.2012 - 14:54
Futbol üzrə 2012-ci il Avropa çempionatında İspaniya və İtaliya milli komandaları arasında keçiriləcək final matçının hakimləri açıqlanıb. Lent.az-ın məlumatına görə, iyulun 1-də Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda baş tutacaq oyunun baş hakimi portuqaliyalı Pedro Proensa olacaq.
Proensaya həmyerliləri Bertina Miranda və Rikardo Santos yan xətt hakimləri qismində kömək edəcəklər. 4-cü hakim funksiyasını türkiyəli referi Cüneyt Çakır yerinə yetirəcək. Qapı arxasındakı hakimlər isə portuqaliyalı Manuel de Souza və Duarte Qomes olacaq.
Qeyd edək ki, 42 yaşlı Pedro Proensa 2011-2012-ci il mövsümündə İngiltərənin “Çelsi” və Almaniyanın “Bavariya” klubları arasındakı Çempionlar Liqasının həlledici görüşünü də idarə edib. Cüneyt Çakır isə daha öncə Avropa çempionatında İspaniya və Portuqaliya yığmaları arasındakı yarımfinal görüşünün baş hakimi olub.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0