“Rəcəbov iddiaçıların turnirində Karlsenə əsas rəqib olacaq”
29.06.2012 - 15:03
“Teymur Rəcəbov iddiaçıların turnirində norveçli Maqnus Karlsenə əsas rəqib olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Şahmatçıların Assosiasiyasının prezidenti Emil Sutovski deyib.
O, Rusiyanın məşhur chess-news.ru portalına müsahibəsində azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iddiaçıların turnirində şanslarını dəyərləndirib. Bakıda doğulan, lakin İsraildə yaşayan və bu ölkənin vətəndaşlığını qəbul edən zəka sahibi təmsilçimizin uğurlu çıxışına böyük ümid bəsləyir: “Onu demək istərdim ki, Rəcəbovun son 1 ildə necə oynadığını nəzərə alsaq, bu turnirdə sona kimi mübarizə aparmağa bütün şansı var. Hər halda, Karlsen favoritdir. Digərlərindən isə Teymurun həqiqətən real şansları var”.
Qeyd edək ki, şahmat tacı uğrunda iddiaçıların turniri 2013-cü ilin martında Londonda keçiriləcək.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0