AVRO-2012: Fransa yığması baş məşqçisiz qaldı
01.07.2012 - 12:30
AVRO-2012: Fransa yığması baş məşqçisiz qaldı
AVRO-2012-də iştirak edən komandalardan biri də baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, çempionatda mübarizəni 1/4 finalda dayandıran Fransa millisi DÇ-2014-ün seçmə mərhələsində yeni çalışdırıcının rəhbərliyi altında çıxış edəcək.

Buna səbəb baş məşqçi Loran Blanın qərarı olub. Belə ki, tanınmış mütəxəssis futbol federasiyası ilə yeni müqavilə imzalamaqdan imtina edib. Müqaviləsi başa çatan Blanı Fransa futbolunun daha bir məşhur siması Didye Deşamın əvəzləyəcəyi gözlənilir.