Visente del Boske: İtaliyalılar yaxşı oynadılar
02.07.2012 - 09:36
Visente del Boske: İtaliyalılar yaxşı oynadılar
“Hamı nə vaxtsa uduzur. İtaliyalılar əla turnir keçirdi. Final onlar üçün pis başa çatsa da, ümumilikdə yaxşı oynadılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente del Boske deyib.

AVRO-2012-də komandasını çempion edən mütəxəssis İtaliya ilə final oyunu haqda fikirlərini açıqlayıb: “Finalda heç olmasa, 1 qol vurmaq istəyirdik. Amma əksər hallarda rəqiblərimiz belə hesabla da uduzur. İspaniya yığması əvvəllər olmayanı əldə edib. Əvvəllər indiki kimi çox sayda futbolçumuz yox idi. Bu qələbədən sonra isə gələcəyə baxırıq. İndi dünya çempionatının seçmə mərhələsini keçmək haqda düşünürük”.

Qeyd edək ki, İspaniya yığması finalda 4:0 hesabı ilə qalib gəlib.