London-2012-yə gedənlərin adları açıqlandı
02.07.2012 - 13:40
2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış edəcək ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Lent.az-ın məlumatına görə, olimpiadaya yollanacaq 6 ağırlıqqaldırandan yalnız 2-si - Avropa çempionu Əfqan Bayramov (69 kq) və qitə çempionatının gümüş mükafatçısı İntiqam Zairov (94 kq) azərbaycanlıdır.
Qalan 3 kişi və 1 qadın atletə gəldikdə, Londona bolqarıstanlı Valentin Xristov (56 kq), İvan Stoitsov (85 kq) və Veliçko Çolakov (+105 kq), eləcə də Boyanka Kostovanın (58 kq) aparılması qərara alınıb. Ehtiyat ağırlıqqaldıranlar qismində isə Sərdar Həsənov (69 kq) və Yuliya Dovqal (+75 kq) nəzərdə tutulub.
Qeyd edək ki, ağırlıqqaldıranlarımızı olimpiadaya məşqçi qismində Nizami Paşayev, Zlatan Vanev və Lıçezar Kişkilov aparacaq.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0