AVRO-2012-nin ən yaxşısı: Andres İnyesta
02.07.2012 - 14:42
AVRO-2012-nin ən yaxşısı: Andres İnyesta
AVRO-2012-nin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniya milli komandasının yarımmüdafiəçisi Andres İnyesta turnirin ən yaxşı oyunçusu seçilib. 28 yaşlı futbolçu 11 mütəxəssisdən ibarət texniki komitə tərəfindən bu ada layiq görülüb.

Qeyd edək ki, İnyesta İspaniya yığması ilə birlikdə Avropa çempionu adını qazanıb.