Qızıl het-trikin 11 çaları
02.07.2012 - 17:31
İspaniya millisi futbol tarixində görünməmiş nailiyyətə imza atdı. Apasport.az saytının məlumatına görə, pireneylilər ardıcıl 3 böyük turnirdə - dünya və qitə çempionatında qalib gələn ilk və yeganə komanda kimi tarixdə düşdü.
2008-ci ildə Avstriya və İsveçrədə Avropanın ən güclüsü olan, 2 il sonra CAR-da dünyada da hamıdan üstün olduğunu nümayiş etdirən İspaniya bu dəfə Polşa və Ukrayna meydanlarında “at oynatdı”. Ardıcıl 2 qitə çempionluğunun qazanan ilk komanda kimi də tarix yazan pireneylilər 4 ildə qazandığı 3 tutulu dəyişə-dəyişə qazanıblar.
İlk çempionluğu baş məşqçi Luis Araqones əldə etmişdisə, dünya və son qitə çempionluğu Visente del Boske ilə qazanıldı. Elə 3 müxtəlif turnirə yollanan 23 nəfərlik heyətlər də tədricən dəyişib. 2 baş məşqçi 3 çempionata ümumilikdə 34 futbolçunu aparıb.
Yəni, İspaniyanın Qızıl het-triki 34 futbolçuya çempionluq titulu bəxş edib. Bu futbolçulardan 11-i isə böyük uğura imza atıb.
Onlar dünya və ikiqat Avropa çempionu olmağı bacarıb. 2008-2012-ci illərdə 3 çempionluq qazananlar Raul Albol, Xabi Alonso, Alvaro Arbeloa, İker Kasilyas, Fernando Torres, Sesk Fabreqas, Andres İnyesta, Serxio Ramos, Pepe Reyna, David Silva, Xavi Ernandesdir.
Maraqlıdır ki, “Böyük 11-lik”də əbədi ehtiyat qapıçı, yığmada 3-cü qolkiper olan Pepe Reyna da var. Digər qapıçı İker Kasilyas isə hər 3 uğurda kapitan olub və kuboku başı üzərinə məhz o qaldırıb.
Qeyd edək ki, bu 11-likdə ən yaşlı futbolçu – Xavinin 32 yaşı var. Bu isə o deməkdir ki, həm o, həm də digərlərinin ən azı 4-cü titul üçün DÇ-2014-də mübarizə aparmaq imkanı ola bilər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0