Ramil Quliyev London Olimpiadasına buraxılmadı
02.07.2012 - 22:39
Azərbaycanlı sprinter Ramil Quliyev 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etməyəcək. Bu haqda Lent.az-a Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
Onun sözlərinə görə, 22 yaşlı atlet Azərbaycan yığmasının heyətində olimpiadaya yollanmaqdan imtina edib. Əvəzində Quliyevin Londona Türkiyə yığmasının tərkibində yollanmaq istəyi də baş tutmayıb. Buna Azərbaycan tərəfi hər hansı atletin başqa ölkənin heyətində çıxış etmək üçün 3 ilədək gözləməli olduğunu əsas gətirərək, razılıq verməyib.
Qeyd edək ki, Ramil Quliyev sonuncu dəfə 2009-cu il dünya çempionatında Azərbaycan millisinin heyətində yer alıb. O, yalnız London olimpiadasından sonra Türkiyə yığmasının üzvü kimi rəsmi yarışlara qatıla bilər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0