Çezare Prandelli yığmada gələcək taleyi ilə bağlı qərar verdi
03.07.2012 - 09:42
AVRO-2012-nin finalçısı olan İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli gələcək taleyi ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, təcrübəli italiyalı mütəxəssis İspaniya yığmasına darmadağın olduğu (0:4) final matçından sonra millidə işini davam etdirəcəyini açıqlayıb. O, son 2 ildə çalışdırdığı komandada işini uğurlu layihə sayaraq, bunun davam etdirəcəyini bildirib: “Məndə elə anlar olurdu ki, gələcək taleyimlə bağlı fikirlərə qərq olurdum. Ancaq onu deyə bilərəm ki, federasiya rəhbərliyi ilə heç vaxt problemim olmayıb. Mən belə məğlubiyyətdən sonra hər şeyi yarımçıq qoya bilmərəm. Bu, əyləncəli layihədir. Çətindir, ancaq maraqlıdır”.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0