Elvin Məmişzadə olimpiya qızılı söz verdi - MÜSAHİBƏ
03.07.2012 - 10:12
London Olimpiya yığmamızın boksçusu Elvin Məmişzadənin (52 kq) apasport.az saytına müsahibəsi
- London Olimpiadasına hazırlıq necə gedir?
- Məşqlər çox yaxşı gedir. Qəbələdə uzunmüddətli, əla təlim-məşq toplanışı keçdik. Türkiyə, Bolqarıstan və Kuba boksçuları ilə birgə hazırlaşdıq. Mənə elə gəlir ki, bütün komanda London Olimpiya Oyunlarına hazırdır. Bunu artıq tam hazır da demək olar.
- Boks üzrə millimiz London-2012-yə hazırlıq proqramını İtaliyada tamamlayacaq. Onda bundan sonra daha yüksək formada olacaqsız...
- Bəli, təlim-məşq toplanışının sonuncu mərhələsini İtaliyada keçəcəyik. Oraya iyulun 5-də yollanacağıq və 15 günlük toplanışımız olacaq. Bu hazırlıqdan sonra isə daha yaxşı formada olacağıq.
- Olimpiadada hədəfiniz nədir? Mükafat qazanacağınıza inamınız varmı?
- Məqsədim qızıl medal qazanmaqdır. Rinqə yalnız bunun üçün çıxacağıq.
- Bəs komanda yoldaşlarınız barədə nə deyə bilərsiz?
- Təbii ki, qızıl medal qazanmaq tək mənim deyil, Londona yollanacaq 53 idmançımızın hər biri yalnız çempionluğu hədəfləyir. Çünki bizə göstərilən diqqəti çempionluqla cavablandırmalıyıq.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0