“Məni Olimpiadada yalnız qızıl medal razı salacaq” - MÜSAHİBƏ
03.07.2012 - 23:01
London Olimpiya yığmamızın boksçusu Teymur Məmmədovun (91 kq) apasport.az saytına müsahibəsi
- Olimpiya Oyunlarına 22 gün qalır. Müəyyən müddət zədədən əziyyət çəkdiniz. Bu, sizə hansısa çətinlik yaratmadı və ya lazımı formanı yığa bilmisizmi?
- Hazırlığımız çox yaxşı keçdi. İndi hər şey qaydasındadır. Fiziki məşqlər uğurlu alındı. İyulun 5-də Olimpiadaya hazırlıq proqramına uyğun olaraq, İtaliyaya yollanırıq. Burada texniki və taktiki məşqlər keçəcəyik. İnşallah, iyulun 19-da Bakıya qayıdırıq. 5 gün sonra isə nümayəndə heyətimizlə birgə Olimpiadanın keçirildiyi Londona gedirik. Fikrimcə, burada da özümüzü doğruldacağıq və gücümüzü göstərəcəyik.
- Rəqiblərini analiz edib, onlara qarşı əks-fəndlər hazırlamısız?
- Bəli, artıq onların hamısının son döyüşlərini izləmişəm və lazımı analizlər aparmışam. Buna uyğun hazırlığımız davam etdirirəm.
- Əsas rəqibləriniz sırasında kimlər yer alır?
- Olimpiadada hər bir rəqib ciddi hesab olunur. Lakin bu sırada ən əsaslarından rusiyalı Artur Beterbiyevin, kubalı Jose Angel Larduet Qomez və ukraynalı Aleksandr Usikin adlarını çəkə bilərəm.
- Siz Avropa çempionu oldunuz, ardınca dünya çempionatının gümüş medalını qazandınız. Londonda qazana biləcəyiniz medalın da əyarını deyə bilərsizmi?
- Məni Olimpiadada yalnız qızıl medal razı salacaq. Buna hərtərəfli hazıram. İstər hazırlıq, istərsə də psixoloji baxımdan heç bir problemim yoxdur. İnşallah, çempion olub, himnimizi Londonda səsləndirərəm.
- Bəs komanda yoldaşlarından nə gözləyirsiz?
- İnanıram ki, hər şey yaxşı alınacaq və biz London Olimpiadasında əla nəticə göstərəcəyik.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0