“Rabitə” və “Azərreyl”in voleybolçusu London-2012-də
04.07.2012 - 09:46
“Rabitə” və “Azərreyl”in voleybolçusu London-2012-də
Qadın voleybolçular arasında ABŞ milli komandasının London Olimpiadası üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Makkatçon möhtəşəm oyunlarda güvənəcəyi “12-liyi” müəyyənləşdirib.

O, Böyük Britaniyanın paytaxtına Azərbaycan Super Liqasından 3 voleybolçu da aparacaq. Belə ki, təcrübəli mütəxəssis “Rabitə”nin və “Azərreyl”in yeni transferi müvafiq olaraq, Foluke Akinradevo və Meqan Hodju heyətə daxil edib. O, həmçinin son 2 ildə “İqtisadçı”da çıxış edən, 2012/2013 mövsümündə burada oynayıb-oynamayacağı dəqiqləşməyən Tayyubu Xaneef-Park da komandada yer alıb.

Makkatçon bundan öncə yığmaya “Azərreyl”in sabiq voleybolçuları Hizer Erin Brunla Tamas Cenefferi, “Lokomotiv”lə vidalaşan Nansi Metkalfı və “Rabitə” ilə Azərbaycan çempionu olan Kimberli Qlassı çağırsa da, onları olimpiadaya aparmamağa qərar verib.

Qeyd edək ki, ABŞ Braziliya, Çin, Serbiya, Türkiyə, və Cənubi Koreya ilə birgə B qrupunda yer alıb.