Berti Foqts: Belə turnirlərdə belə səhvləri bağışlamırlar
06.07.2012 - 23:15
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya yığmasının son Avropa çempionatında çıxışını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 66 yaşlı almaniyalı mütəxəssis 1996-cı ildə baş məşqçi Avropa çempionu etdiyi yığmasının son nəticəsini qənaətbəxş sayır. Foqtsun sözlərinə görə, bürünc medalçı olan Bundestim öz səhvlərinə görə finala çıxa bilmədi: “Almaniya yığması Avropa çempionatında ümumilikdə yaxşı oynadı. Yalnız son matçı olan İtaliya yığması ilə oyun fərqli oldu. Bunadək yaxşı oynayan həmyerlilərim yarımfinalda səhvlərə yol verdi. Belə turnirlərdə belə səhvləri bağışlamırlar. İtaliya yığması almanların səhvlərini bağışlamayaraq, qalib gəldi. Almaniya yığması öz təqsirindən finaldan kənarda qaldı”.
Qeyd edək ki, Almaniya 8 il onu çalışdıran Foqtsdan sonra titul qazan bilmir.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, Almaniya 8 il onu çalışdıran Foqtsdan sonra titul qazan bilmir.
Mehman SÜLEYMANOV
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0