“Üçrəngli bayrağımızı Londonda dalğalandırmaq istəyirəm”
08.07.2012 - 10:46
“Üçrəngli bayrağımızı Londonda dalğalandırmaq istəyirəm”
“Təlim-məşq toplanışlarımız yüksək səviyyədə keçir. Hamımız lazımı formanı yığmışıq. İnşallah, hər şey yaxşı olar”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Olimpiya yığmasının boksçusu Vətən Hüseynli (81 kq) deyib.

O, iyulun 27-də Londonda start götürəcək Yay Olimpiya Oyunlarında hədəfini açıqlayıb: “Məqsədim qızıl medal qazanmaqdır. Ən əsası Azərbaycanın üçrəngli bayrağını Londonda dalğalandırmaq istəyirəm”.

Qeyd edək ki, boks üzrə millimiz Olimpiya öncəsi son təlim-məşq toplanışı üçün İtaliyaya yollanıblar.