Yığmamız Qubada hazırlığını davam etdirir
10.07.2012 - 12:46
İyulun 17-22-də Polşada keçiriləcək Avropa, avqustun 21-27-də isə Bakıda təşkil olunacaq dünya birinciliyinə hazırlaşan yeniyetmələrdən ibarət sərbəst güləş yığmamızın Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, millinin böyük məşqçisi Əsgərxan Novruzov və məşqçilər Vahid Məmmədovla Sirajdin Eldarovun rəhbərliyi altında hazıırlıq keçən komandaya ümumilikdə 18 idmançı cəlb olunub.
Bundan başqa, qeyd olunan təlim-məşq toplanışında təqvim planına əsasən, ölkə yığması ilə birgə, Dağıstanın Xasavyurt şəhərindən 7 idmançı və 1 məşqçi də iştirak edir.
Avropa birinciliyində iştirak edəcək yığmalarımızın yekun heyəti qarşıdakı günlərdə açıqlanacaq.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0