London-2012-də qazanılması planlaşdırılan qızıl medalların sayı açıqlandı
10.07.2012 - 15:03
Rusiya Olimpiya millisinin London-2012-də qarşısına yüksək məqsədlər qoyulub. Apasport.az saytının məlumatına görə, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov iyulun 27-də start götürəcək möhtəşəm turnirdə 25 qızıl medal qazanmağı planlaşdırdıqlarını açıqlayıb.
Onun sözlərinə görə, yığmanın dünya çempionatlarında uğurlu çıxışı qarşıya belə vəzifə qoymağa zəmin yaradır: “Son mundiallardakı nəticələrimizə əsasən təxminən 25 qızıl medal qazanmalıyıq. İdmançılarımız məhz bu sayı reallaşdırmağa hazırdırlar. Ancaq nəticənin necə olacağı həddən çox amillərdən asılıdır”.
Qeyd edək ki, Rusiya XXX Yay Olimpiya Oyunlarına 436 idmançı ilə yollanacaq.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0