Bakıda “Master Cup”
12.07.2012 - 10:04
İyulun 13-15-də Binə Atçılıq Mərkəzində CSİ-1* -W kateqoriyalı “Master Cup” beynəlxalq turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, atçılığın konkur növü üzrə təşkil ediləcək yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, İran, Polşa, Türkiyə və Almaniya çaparları da mübarizə aparacaqlar.
Turnirdə ümumilikdə 19 idmançı 39 atla yarışacaq. Beynəlxalq turniri idarə edəcək hakimlər briqadası Qazaxıstan, İran və Türkiyədən dəvət olunub. 3 gün davam edəcək yarışlar saat 16:00-da başlayacaq.
Qeyd edək ki, “Master Cup”ın mükafat fondu 9500 avrodur.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0