“Simurq” bolqar futbolçuları baxışdan keçirir
15.07.2012 - 14:33
Yeni mövsümə iddialı heyət qurmağı planlaşdıran "Simurq" Avstriyadakı təlim-məşq toplanışı zamanı bir neçə legioner futbolçunu baxışa dəvət edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Onlardan artıq 2-si komandanın düşərgəsinə qoşulub. Yarımmüdafiəçi Daniel Peyev və hücumçu Ludogorec Antonov bugünki məşqdə iştirak edib. Onlar Bolqarıstan çempionatında oynayan yerli futbolçulardır. Sabahda “Simurq”un heyətinə yeni futbolçular təşrif buyuracaq.
0
0