“Olimpiadada ən azı bürünc medal qazanmaq üçün çalışacağam” - FOTO
17.07.2012 - 11:44
“Sevindiricidir ki, bu gün milli komandada London Olimpiya Oyunlarında yüksək səviyyədə çıxış edə biləcək idmançımız çoxdur. Bu, mənim Olimpiadada ikinci iştirakım olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Olimpiya millisinin ağır atleti Əfqan Bayramov deyib.
London-2012-də 69 kq çəki dərəcəsində mübarizə aparacaq Avropa çempionumuz Böyük Britaniyaya iddialı yollanacağını deyib. 29 yaşlı Bayromov Ağır Atletika Federasiyasının rəsmi saytına açıqlamasında bildirib ki, Olimpiya Oyunlarında ən pis halda bürünc medala sahib olmağa çalışacaq: “17 ildir ki, ağır atletika ilə məşğul oluram və hazırda yaxşı formadayam. Bunu Antalyadakı Avropa çempionatında əldə etdiyim nəticə də göstərdi. Əlbəttə ki, vətəninə qızıl medalla qayıtmaq hər bir idmançının məqsədidir. Ən azı “3-lüyə” düşüb, bürünc medal qazanmaq üçün çalışacağam”.
Olimpiadada sifariş verəcəyi toplam start çəkisi 335 kq olacaq Əfqanın əsas rəqibləri Briken Kalya (Albaniya), Martin Razvan (Rumıniya) və Arakel Mirzoyandır (Ermənistan).
Qeyd edək ki, dəfələrlə Azərbaycan çempionu adının qazanan Bayramov 2007 (Paris) və 2009-cu illərdə (Buxarest) Avropa çempionatlarında 4-cü yeri tutub. O, 2012-ci ildə isə qitə çempionatının (Türkiyə) qızıl medallarına sahib olub.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0