5 idmançıya 5 medal
18.07.2012 - 23:00
5 idmançıya 5 medal
Polşanın Katovitse şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının xəbərinə görə, ilk yarış günü 5 sərbəst güləşçimiz döşək üzərinə çıxıb ki, onların da hamısı medal qazanıb.

50 kq-da çıxış edən Ruslan Surxayev finalda türkiyəli rəqibinə qalib gələrək Avropa çempionu olub. 42 kq-da Coşğun Məmmədov, 58-də Cahid Həsənzadə və 85-də Çermen Baqayev yalnız finalda uduzaraq gümüş medal qazanıb.

Hər 3 güləşçimiz həlledici görüşdə Rusiyadan olan rəqibinə məğlub olub. 69 kiloqramda yarışan Şamil Sadullayev isə bürünc medala yiyələnib. Bu gün 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.