Ramil Quliyevdən 1 qızıl, 1 gümüş
23.07.2012 - 08:00
Finlandiyanın Lapperanta şəhərində atletika üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının xəbərinə görə, yarışda Azərbaycan yığmasının sabiq üzvü, ötən ilin aprelindən Türkiyə vətəndaşlığını qəbul edərək, bu ölkənin bayrağı altında yarışlara qatılan Ramil Quliyev də mübarizə aparıb.
Azərbaycanlı spirinter Finlandiya turnirində 2 məsafəyə qaçışda özünü sınayıb. 100 metr məsafəni 10,40 saniyəyə qət etməklə yamaykalı atlet Jaka Xarveydən (10,25 saniyə) sonra ikinci yeri tutan Ramil 200 metr məsafədə isə bütün rəqiblərini qabaqlayıb. Finişə hamıdan tez çatan Ramil 20,53 saniyə nəticə göstərib.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0