Olimpiya yığmamızda dəyişiklik
23.07.2012 - 17:06
Olimpiya yığmamızda dəyişiklik
2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış edəcək ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yığmamızın məşqçilər korpusu olimpiadaya yollanacaq 6 nəfərlik heyətdə əvəzetməni zəruri sayıb.

Belə ki, ilkin olaraq 85 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcəyi bildirilən İvan Stoitsov Londonda mübarizə aparmayacaq. O, yerini adı ilkin heyətə ehtiyat idmançı kimi daxil edilən Sərdar Həsənova (69 kq) verib. Milliləşən bolqarıstanlı özü isə onun əvəzinə ehtiyata göndərilib.

Beləliklə, Böyük Britaniya paytaxtında Azərbaycanı Valentin Xristov (56 kq), Əfqan Bayramov, Sərdar Həsənov (hər ikisi 69 kq), İntiqam Zairov (94 kq), Veliçko Çolakov (+105 kq) və Boyanka Kostova (58 kq) təmsil edəcək. Ehtiyat ağırlıqqaldıranlar qismində isə Stoitsovla yanaşı, Yuliya Dovqal (+75 kq) nəzərdə tutulub.