“İnanıram ki, Olimpiada boksçularımız üçün çox uğurlu olacaq”
24.07.2012 - 09:22
“London Olimpiadasına hazırlığımız yüksək səviyyədə keçib. Hazırda yığma komandamızda gözəl ab-hava hökm sürür”. Bu fikirləri apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Nəriman Abdullayev deyib. Boksçularımız da digər olimpiyaçılarımız kimi, bu gün İngiltərənin paytaxtına Londona yollanır. İyulun 27-də orada start götürəcək Olimpiada idmançılarımız üçün ciddi sınaq olacaq.
Abdullayev məsul turnirə yüksək səviyyədə hazırlıq keçdiklərindən, yaxşı nəticə qazanacaqlarına inanır: “Olimpiadada boks döyüşlərinə 4-5 gün qalıb. Milli komandamızın hər bir üzvü döyüşə hazırdır. Yüksək səviyyədə hazırlıq keçdiyimizdən, ümidimiz böyükdür. Proqnoz vermək istəməzdim, ancaq yetirmələrinin uğurlu çıxışına ümid bəsləyirəm. İnanıram ki, London Olimpiadası boksçularımız üçün çox uğurlu alınacaq”.
Qeyd edək ki, Olimpiadada ölkəmiz 8 boksçu ilə təmsil olunacaq.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0