Elnur Məmmədlinin bayraqdarımız olacağı rəsmən açıqlandı
24.07.2012 - 10:16
Azərbaycan yığmasının London Olimpiadasında bayraqdarı rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu, 4 il öncə Pekində keçirilən son Olimpiadasında qızıl medal qazanan cüdoçu Elnur Məmmədli olacaq. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov olimpiya yığmamızın İngiltərə paytaxtına yola salınma mərasimində junalistlərə açıqlamasında deyib. O, idmançılarımızın iyulun 27-də start götürəcək Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşdıqlarını bildirib: “Olimpiya yığmamızın üzvlərinin geyimlərində milli çalarlar əks olunub. İdmançılara yüksək səviyyədə hazırlıq keçdiklərindən, böyük ümidlərimiz var. İnanırıq ki, London Olimpiadasında böyük uğurlar qazanacağıq”.
- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0