Elmar Qasımov: Olimpiadada medalın fərqi yoxdur
24.07.2012 - 11:21
“London Olimpiadasına lisenziya qazandığım üçün sevincliyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanı London olimpiadasında təmsil edən cüdoçu Elmar Qasımov deyib. Cüdo yığmamızın liderlərindən olan gənc idmançı medal qazanmağın fərqinə varmır: “Olimpiadada medalın fərqi yoxdur. Əsas odur ki, mükafatçılardan biri olasan. Məqsədim özümü doğrultmaqdır. İnanıram ki, Londonda uğurla çıxış edərək, medalla qayıdacağam”.
0
0