“Londonda ən yaxşı nəticəni qazanmağa çalışacağam”
24.07.2012 - 11:30
“Londona böyük ümidlərlə yollanıram. Bu, mənim Olimpiada ilk sınağım olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanı London Olimpiadasında təmsil edəcək üzgüçü Oksana Hətəmxanova deyib. Brass üsulu ilə 100 metr üzməkdə lisenziya alan idmançımız məsul turnirdə ölkəmizin şərəfini layiqincə qorumaq istəyir: “Olimpiadada çıxış edəcəyimə görə çox sevincliyəm. Bu, mənin üçün böyük sınaq olacaq. Londonda ən yaxşı nəticəni qazanmağa çalışacağam”.
0
0