“Yeddi qardaşın yeddisi də bunu istəyir” - MÜSAHİBƏ
24.07.2012 - 13:21
Azərbaycan Olimpiya yığmasının boksçusu Vətən Hüseynlinin (81 kq) apasport.az saytına müsahibəsi
- London Olimpiadasına hazırlığın son mərhələsini İtaliyada keçdiniz. Bu təlim-məşq toplanışını necə dəyərləndirirsiz?
- Şükür Allaha hər şey yaxşı keçdi. Baş məşqçimizin sayəsində orada təşkil edilən toplanışda İtaliya, İrlandiya və İran idmançıları ilə məşqlərimiz yaxşı alındı. Onlarla sınaq döyüşləri keçirə bildik və hazırlığımız yüksək səviyyədə keçdi. Elə həvəslə məşq edirdik ki, Olimpiadadan qızıl medalla qayıdaq.
- Yığmamızda ab-hava, psixoloji durum necədir?
- Kişilərdən ibarət komandada 7 boksçuyuq, hamımız yaxşı vəziyyətdəyik. Gecə-gündüz məşq edirik ki, Londonda nəticə qazanaq. Bir sözlə, 7 qardaşın 7-si də bunu istəyir. Şükür Allaha, ab-hava yaxşıdır. İnanırıq ki, Olimpiadadan medalla dönəcəyik.
- Yəqin ki, əsas rəqibləriniz barədə lazımı məlumatları toplayıb, onları təhlil etmisiz. Onların zəif cəhətlərini açıqlaya bilərsiz?
- Əlbəttə, hər boksçu, idmançı bunu etməmiş olmaz. Mən də həmçinin rəqiblərimin döyüşünə baxıb, təhlil etmişəm. Onların zəif nöqtələrini aşkar edib, buna uyğun öz taktikamı qurmuşam. Onlarla necə döyüşmək lazım olduğunu bilirəm.
- Bəs əsas rəqibləriniz kimi hansı ölkələrin təmsilçilərini görürsüz?
- Bu siyahıda Kuba, Qazaxıstan, Rusiya, Ukrayna boksçuları ön plandadırlar. Onlar əsas favoritlərdir. İnşallah, bu boksçular üzərində qələbə qazanaram.
- Olimpiya yığmamızdan nə gözləyirsiz?
- İnşallah, tək boksdan deyil, bütün idman növlərindən uğurlu nəticə gözləyirik. Mən buna inanıram. Çünki Azərbaycan yığmasında elə gözəl ab-hava var ki, bu hiss olunur. İnşallah, hamımız ölkəmizi layiqincə təmsil edər, Azərbaycan bayrağını yüksəldər, himnini səsləndirər.

0
0