Devid Bekhem London Olimpiadasında
25.07.2012 - 08:46
Devid Bekhem London Olimpiadasında
İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem London Olimpiadasının açılış mərasimində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, bu haqda 37 yaşlı yarımmüdafiəçisinin özü məlumat verib. ABŞ-ın “Loc-Anceles Qelaksi” klubunda oynayan veteran oyunçu Böyük Britaniya yığmasının Olimpiadadakı futbol turnirinə yollanan heyətinə daxil edilməmişdi.

İndi Bekhem vətənindəki tarixi hadisədə fərqli ampluada iştirak edəcək: “Mən həqiqətən bu gözəl mərasimdə iştirak edəcəyəm. Mənə təqdim olunan rolla fəxr edirəm”.

Qeyd edək ki, Olimpiadanın açılış mərasimi iyulun 27-də keçiriləcək.