BMT-nin baş katibi London Olimpiadasının məşəlini daşıyacaq
25.07.2012 - 13:25
BMT-nin baş katibi London Olimpiadasının məşəlini daşıyacaq
BMT-nin baş katibi Pan Gi Mun XXX London Yay Olimpiya Oyunlarının məşəlinin daşınmasında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, yarışın Təşkilat Komitəsinin təklifini qəbul edən baş katib iyulun 27-də keçiriləcək açılış mərasiminin iştirakçıları sırasında olacaq. O, Olimpiya Oyunlarının startından 1 gün öncə Londonun küçələrində məşəlin estafetinə qoşulacaq.

Qeyd edək ki, “London-2012”nin açılış mərasimi yerli vaxtla saat 20:12-də (Bakı vaxtı ilə saat 00:12) başlayacaq.