Olimpiya tarixinin ən dəyərli mükafatı
25.07.2012 - 16:49
Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında mükafatçılara veriləcək medallar Olimpiada tarixinin ən dəyərli qənimətləri olacaq. Apasport.az saytının məlumatına görə, 1896-cı ildən keçirilən müasir olimpiya oyunlarında heç vaxt belə bahalı medallar olmayıb.
Böyük Britaniya paytaxtındakı yarışın mükafatlarının hazırlanması üçün 8 ton metal – qızıl, gümüş və mis gətirilib. Bu metallar Monqolustan və ABŞ-ın Yuta ştatından sifariş olunub.
Britaniya tacı ilə yanaşı saxlanılacaq London Tauerində 4700 medal var. Bunlar həm Olimpiya, həm Paraolimpiya üçün nəzərdə tutulub.
4 il əvvəlki Pekin Olimpiadası ilə müqayisədə qızılın da, gümüşün də 2 dəfə bahalaşması üzündən medallar çox bahalı alınıb. Diametri 85 mm, qalınlığı 7 mm olan medalların qızıl əyarlılarının çəkisi 410 qramdır. Çempionun mükafatının tərkibində cəmi 6 qram qızıl olacaq. Pekində isə medal 200 qram idi.
Medalların üzərində qələbə ilahəsi Nika əks olunub. Rəssam Devid Uotkinsin hazırladığı layihəyə əsasən medalın arxa tərəfində işıq saçan ulduzların fonunda Olimpiya oyunlarının emblemi əks olunub. Bundan başqa Temza çayı da orada təsvir olunub.

0
0