London Olimpiadasının iştirakçısının həyat yoldaşı soyuldu
25.07.2012 - 18:55
London Olimpiadasının iştirakçısının həyat yoldaşı soyuldu
Uruqvay milli komandasının futbolçusu Edison Kavaninin həyat yoldaşı Mariya Soledad oğruların hücumuna məruz qalıb. Apasport.az saytının məlumatına görə, yığmasının heyətində London Olimpiadasına iştirak etməyə gələn “Napoli”nin hücumçusu xanımının soyulduğu xəbərini alıb. Bu, onların yaşadığı İtaliyanın Neapol şəhərində baş verib.

Belə ki, öz avtomobilinə tərəf gələn Mariyaya motosikletdə 2 gənc yaxınlaşıb və onlardan biri qolundan 18 min avro dəyərində saatını çıxarıb. Polis araşdırmaya başlayıb.