İrqçilik ifadələrinə görə millidən qovuldu
25.07.2012 - 18:35
London Olimpiadasının startı öncəsi Yunanıstan yığmasına qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, atlet Paraskevi Papaxristu olimpiya yığmasından qovulub. Bu haqda məlumat verən Yunanıstan Milli Olimpiya Komitəsi yaydığı press-relizdə səbəb kimi idmançının Twitter sosial şəbəkəsində irqçilik ifadələri olub: “Rəhbərliyin qərarı ilə üçqat tullanma üzər yarışmalı olan idmançı London Yay Olimpiya Oyunlarında çıxış edəcək Yunanıstan olimpiya yığmasının heyətindən kənarlaşdırılıb. Bu, olimpiya dəyərlərinə və ideyalarına zidd olan açıqlamağı ilə bağlıdır”.
Paraskevi iyulun 23-də Twitterdəki səhifəsində afrikalıların ünvanına xoşagəlməz sözlər işlədib. Onun fikrincə, bu qitədən olanların Yunanıstanda sayı çoxalıb. Yunanıstan hakimiyyətinin hesablamalarına görə, 11 milyonluq əhalisi olan ölkədə 1,5 milyon emiqrant yaşayır. Bunlar arasında qeyri-qanuni yaşayanlar daha çox Albaniya, Asiya və Yaxın Şərq ölkələrindəndir.

0
0