Belarus idmançılarının Olimpiadanı boykot edəcəyi rəsmən təkzib olundu
26.07.2012 - 10:38
Belarusun idman və turizm naziri Oleq Kaçan milli komandalarının üzvlərinin London Olimpiadasının mümkün boykotu ilə bağlı internetdə yayılan informasiyaları təkzib edib. Apasport.az saytının məlumatına görə, belə şayiələr Olimpiya Oyunlarının təşkilatçıları tərəfindən Belarus prezidenti Aleksandr Lukaşenkoya akkreditasiya verilməməsindən sonra yaranıb.
Kaçan isə bildirib ki, bu informasiyalar tamamilə cəfəngiyatdır və heç bir həqiqətə uyğun gəlmir.
Kaçan isə bildirib ki, bu informasiyalar tamamilə cəfəngiyatdır və heç bir həqiqətə uyğun gəlmir.
0
0