İradə Aşumova 2 məsafədə və ilk yarımqrupda
26.07.2012 - 15:52
İradə Aşumova 2 məsafədə və ilk yarımqrupda
Azərbaycan Olimpiya yığmasının güllə atıcısı İradə Aşumova Olimpiadada 2 müxtəlif məsafədə mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, Afina-2004-ün bürünc mükafatçısı 10 və 25 m məsafələrə tapançadan atəşaçmada mükafatlar uğrunda mübarizə aparacaq.

Snayperimiz iyulun 29-da 10, 2 gün sonra isə digər məsafədə dəqiqliyini yoxlayacaq. Bazar günü Bakı vaxtı ilə 13:00-da başlayacaq ilk yarışın təsnifat mərhələsinə 55 idmançı qatılacaq. Qaliblər isə saat 15:45-də olacaq final mərhələsində müəyyənləşəcək.

Avqustun 1-də finala vəsiqə uğrunda 74 snayper yarışacağından atletlər artıq indidən 2 qrupa bölünüb. Aşumova bu yarımqruplardan birincisində yer alıb ki, həmin 37 idmançı saat 13:00-da hədəf önünə keçəcək. Həlledici mərhələ isə 19:30-da start götürəcək.