Yelena Çalıx üçün 2 şans
26.07.2012 - 16:51
Yelena Çalıx üçün 2 şans
Azərbaycan Olimpiya yığmasının velosipedçisi Yelena Çalıx 2 dəst medal uğrunda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, bu idman növündə ölkəmizi Olimpiadada təmsil edəcək ilk idmançı şose yürüşü ilə yanaşı, ayrı-ayrı start götürməklə fərdi yarışlarda da qüvvəsini sınayacaq.

O, müvafiq olaraq iyulun 29-da və avqustun 1-də start xəttinə çıxacaq.