London-2012: Yığmamızın üzvü üçün almaniyalı rəqib
27.07.2012 - 14:09
Azərbaycan Olimpiya millisinin qılıncoynadanı Səbinə Mikinanın ilk rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, Olimpiadanın bu proqramında yeganə təmsilçimiz püşkün nəticəsinə əsasən mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.
Sablya növündə qüvvəsini sınayan Səbinə ilk görüşündə almaniyalı Aleksandra Bujdosa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma avqustun 1-də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Sablya növündə qüvvəsini sınayan Səbinə ilk görüşündə almaniyalı Aleksandra Bujdosa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma avqustun 1-də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
0
0