London-2012: Kamara azərbaycanlıya rəqib oldu
27.07.2012 - 15:41
Azərbaycan Olimpiya millisinin üzgüçüsü Oksana Hətəmxanovanın rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, brass üsulu ilə 100 m məsafəyə üzəcək təmsilçimiz təsnifat mərhələsinin birinci qrupunda gücünü yoxlayacaq.
O Oyunqerel Qantumur (Monqolustan), Pilar Şimizu (Quam adaları), İvana Ninkoviç (Bosniya və Herseqovina), Matelita Buadromo (Fici) və Dede Kamara (Qvineya) ilə mübarizə aparacaq. Həmyerlimiz 6-cı xəttdə üzəcək. Olimpiya təsnifat mərhələsindəki göstəricisi 1:22,66 saniyə olan Hətəmxanova bununla rəqiblərindən yalnız Monqolustan və Qveniya təmsilçilərini qabaqlayır.
Qeyd edək ki, təsnifat mərhələsində 46 üzgüçü 6 qrupda yarışacaq. Ən yaxşı göstəriciyə imza atacaq 16 idmançı yarımfinala çıxacaq. Bu növün əsas favoriti amerikalı Ribekka Sonidir (1:04,91).

0
0