London-2012: İdmançımızın Felpslə görüşü təxirə salındı
27.07.2012 - 16:32
XXX London Yay Olimpiya Oyunlarında üzgüçülük yarışlarının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, kişi üzgüçülərin mübarizəsində Azərbaycanı təmsil edəcək yeganə idmançımız Yevgeni Lazukanın da rəqiblərin adlarına aydınlıq gəlib.
Batterflyay üsulu ilə 100 m məsafəyə üzəcək 43 idmançı arasında olan 23 yaşlı təmsilçimiz II qrupda yer alıb. Belə ki, iştirakçılar 1-ci də 3, digərlərində 8 olmaqla 6 qrupa bölünüb. Daha iddialıların sonrakı qruplarda yer alması üzündən Yevgeni o qədər də güclü olmayan rəqiblərlə birgə üzmə zolağına çıxacaq. Həmyerlimizin 8-ci xəttə üzəcəyi təsnifat yarışında Daniel Bell (Yeni Zelandiya), Stefanos Dimitriadis (Yunanıstan), Bencamin Hokkin (Paraqvay), Pavel Snakoviç (Belarus), Yosef Şulinq (Sinqapur), Vitautas Yanusaytis (Litva) və Dominik Meçri (İsveçrə) ilə gücünü yoxlayacaq.
Olimpiya təsnifat mərhələsində göstərdiyi 57,54 saniyəlik nəticə ilə 43 iştirakçı arasında 40-cı olan Lazuka yalnız 1-ci qrupda üzəcək 3 idmançını üstələyir. Təmsilçimizin çıxış edəcəyi 2-ci qrupun favoriti isə Belarus üzgüçüsüdür (52,97).
Avqustun 2-də olacaq təsnifatdan yarımfinala isə ən yaxşı nəticə göstərəcək 16 idmançı çıxacaq. Bunlar isə əsasən son qruplarda üzəcək idmançılar arasında olacağı gözlənilir. Onlar arasında 49,82 saniyəlik dünya rekorduna malik Maykl Felps də var. Təsnifat mərhələsində 50,71 saniyəlik nəticəyə imza atan Olimpiada tarixinin ən titullu idmançısı sonuncu – 6-cı qrupda yer alıb. Lazuka 14 qat Olimpiya çempionu ilə ən azı yarımfinalda qarşılaşmaq üçün ilkin mərhələni adlamalıdır.

0
0