London-2012: İlk rekord vuruldu - FOTO
27.07.2012 - 17:41
London Olimpiadasında ilk rekordun sahibi məlum olub. Apasport.az saytının məlumatına görə, bu uğura Cənubi Koreya millisinin görmə qüsurlu kamandan oxatanı İm Donq-Hyun imza atıb.
Sol gözü ilə 10, sağ gözü ilə 20 faiz görmə qabiliyyəti olan idmançı komanda yarışlarında 72 atışdan sonra 669 xal toplayıb ki, bu da yeni dünya rekordudur.
Qeyd edək ki, Donq-Hyun mayda Türkiyədə özündən başqa Kim Bub-Min və Oh Jin-Hyeklə birgə dünya rekordunu qırmışdı. Onlar kişilərin mübarizəsində 216 atışda 2 min 87 xal toplamışdılar. 26 yaşında olan oxçu həm Afina-2004-də, həm də Pekin-2008-də komanda yarışlarında çempion adını qazanıb.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0