Yay Olimpiya Oyunlarına start verildi
28.07.2012 - 03:13
XXX Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə start verilib. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə gecə saat 01:00-da London Olimpiya stadionunda start götürən açılış tədbiri “Möcüzələr adası” adlı 3 saatlıq proqramdan ibarət olub. Mərasim zamanı İngiltərənin tarixi haqqında danışılıb. Şouda aktyorlardan əlavə, keçilər, inəklər, qoyunlar, toyuqlar, qazlar, atlar və itlərdən istifadə olunub.
Proqramın rejissoru “Xarabalıqdan çıxan milyonçu” filminə görə, Oskar mükafatına layiq görülmüş Denni Boyldur. Açılış mərasiminin büdcəsi 27 milyon funta bərabərdir.
Təntənəli tədbiri stadionda canlı olaraq 80 min, televiziya ekranları qarşısında isə 4 milyardadək insan izləyib.
Açılış mərasiminin yarım saatının tamamında Böyük Britaniya kraliçası II Yelizaveta və onun həyat yoldaşı Filipp stadiona daxil olub. Fəxri qonaqları Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe qarşılayıb. Kraliçanın şərəfinə Böyük Britaniyanın bayrağı qaldırılıb, himni səsləndirilib.
Daha sonra şou proqram davam etdirilib. Açılış tədbirində London Simfonik Orkestri də çıxış edib. Amma orkestrin tərkibində "Mister Bin" obrazı ilə məşhurlaşan Rouan Atkinson da yer alıb. Təbii ki, "Mister Bin" həmişə olduğu kimi, ifaçılıq deyil, aktyorluq bacarığını göstərib.
Rəsmi açılış mərasimində müxtəlif səhnəciklər nümayiş etdirilib. Ardınca olimpiya yığmalarının paradı start götürüb. Paradda Yay Olimpiya Oyunlarına bütün 204 ölkənin idmançıları stadionda fəxri dövrə vurublar.
Azərbaycan nümayəndə heyəti əlifba sırasına uyğun olaraq, 14-cü sırada stadiona daxil olub. Ən sonda isə Böyük Britaniyanın olimpiya yığması parada qatılıb.
Olimpiya paradından sonra London Olimpiadasının Təşkilat Komitəsinin sədri Sebastyan Koe və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe nitq söyləyiblər. Ardınca kraliça II Yelizaveta XXX Yay Olimpiya Oyunlarını açıq elan edib. Stadiona olimpiya bayrağı gətirilib, olimpiya himni səsləndirilib. Daha sonra idmançılar, hakimlər, məşqçilər və rəsmilər adından olimpiya andı içilib.
Açılış mərasimi olimpiya məşəli stadiona gətirilib. Olimpiya məşəlini 7 gənc idmançı birlikdə yandırıb.

0
0