London-2012: İlk çempion müəyyənləşdi
28.07.2012 - 18:09
London-2012: İlk çempion müəyyənləşdi
London Olimpiadasında ilk medal dəsti sahibini tapıb. Apasport.az saytının məlumatına götə, XXX Yay Olimpiya Oyunlarında ilk olaraq fəxri kürsünün ən yüksək pilləsinə Çin idmançısı çıxıb.

10 m məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışlarında Yilinq Si 502,9 xalla qızıl medala yiyələnib. İkinci yer Silviya Bodaçkaya (Polşa, 502,2), üçüncü yer isə Dan Yuya (Çin, 501,5) qismət olub.

Qeyd edək ki, bu növdə Pekin-2008-in qalibi Katerina Emmons (Çexiya) 4-cü yerlə kifayətlənib.