Hətəmxanova üçün Olimpiada bitdi - YENİLƏNİB
29.07.2012 - 14:00
Azərbaycan Olimpiya millisinin üzgüçüsü Oksana Hətəmxanova bu gün Londonda mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, brass üsulu ilə 100 m məsafəyə üzən idmançımızın çıxışı elə bir cəhddən ibarət olub.
O, təsnifat mərhələsinin 1-ci qrupunda Oyunqerel Qantumur (Monqolustan), Pilar Şimizu (Quam adaları), İvana Ninkoviç (Bosniya və Herseqovina), Matelita Buadromo (Fici) və Dede Kamara (Qvineya) ilə mübarizə aparıb. Həmyerlimiz 6-cı xətdə üzərək 4-cü olub. Təmsilçimiz məsafəni 1.25,52 göstərici ilə bitirib. O, 6 nəfərlik mübarizədə yalnız Monqolustan və Qvineya idmançılarını qabaqlayıb.
Təsnifat mərhələsində 46 üzgüçü 6 qrupda yarışıb ki, ən yaxşı göstəriciyə imza atan 16 idmançı yarımfinala çıxıb. Oksana 46 idmançı arasında 44-cü nəticəyə imza atmaqla Olimpiadadakı çıxışını başa vurub.

0
0