London-2012: 16 yaşlı qızdan dünya rekordu
29.07.2012 - 12:55
London-2012-nin üzgüçülük yarışları yeni dünya rekordu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, çinli Şiven Ye kompleks üsulu ilə 400 metr məsafəyə üzməkdə dünya rekorduna imza atıb. 16 yaşlı qız məsafəni təsnifatda 4 dəqiqə 31,73 saniyəyə üzməklə ilin ən yaxşı nəticəsini göstərib. Finalda isə Şiven çempionluğu dünya rekordu ilə qazanıb – 4 dəqiqə 28,43 saniyə.
0
0