London-2012: 3 olimpiyaçı dopinqdə “ilişdi”
29.07.2012 - 14:57
London-2012: 3 olimpiyaçı dopinqdə “ilişdi”
London-2012-də dopinq qalmaqalı davam edir. Apasport.az saytının məlumatına görə, albaniyalı Güseyn Pulakunun ardından daha 2 agırlıqqaldıran yarışdan kənarlaşdırılıb. Bunlar türkiyəli atletlərdir. Belə ki, Fatih Baydar və İbrahim Aratın testləri də müsbət nəticələnib. İdmançıların 3-ü də ağırlıqqaldırma yarışları ilə vidalaşıb.