“Reallığa qalsa, Olimpiya çempionu olmayacağam”
29.07.2012 - 15:07
“London hazırlaşdığım sayca üçüncü olimpiadadır. Doğrudur, Afinaya gedə bilmədim, amma Pekində beşinci yeri tutdum”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Olimpiya millisinin ağırlıqqaldıranı Yuliya Dovqal (+75) deyib.
Yığmamızın ukrayna əsilli idmançısı London Olimpiadası barədə fikirlərini açıqlayıb. Böyük Britaniya paytaxtına ehtiyat ağırlıqqaldıran kimi yollanan Dovqal bildirib ki, yaxşı formadadır: “İndi Pekin Olimpiadası ilə müqayisədə daha yaxşı formadayam. Bu, bizim üçün yaradılan şəraitlə bağlıdır. Vaxt azaldıqca, rəqabət də artır. Qabaqcadan proqnoz vermək istəmirəm. Heç kim əvvəlcədən kimin çempion olacağını proqnozlaşdıra bilməz. Deyiblər bu idmançının perspektivi yoxdur, amma o, Olimpiya çempionu olub. Elə də olub ki, bu 100 faiz Olimpiya mükafatçısıdır deyiblər, ancaq o heç bir nəticə göstərə bilməyib. Ona görə qabaqcadan nə isə demək istəmirəm. Hər şeyi zaman göstərəcək. Reallığa qalsa, çempion olmayacağam. Çünki mənim çıxış etdiyim çəki dərəcəsində rəqiblərim güclüdür. Allaha dua edirəm və çalışıram ki, üçlüyə düşüm”.
O, Ağır Atletika Federasiyasına açıqlamasında bildirib ki, əsas rəqibləri sırasında Tatyana Kaşirina (Rusiya), Mi Ran Yanq (Cənubi Koreya) və Nəhla Ramadan (Misir) yer alır.
Qeyd edək ki, 2011-2012-ci illərdə Azərbaycan, 2005-ci ildə Avropa çempionu (Bolqarıstan), 2007-ci ildə analoji yarışın bürünc (Fransa), 1 il sonra gümüş (İtaliya), 2012-ci ildə bürünc mükafatçını (Antalya) qazanan Dovqal 2008-ci il Pekin Olimpiadasının iştirakçısı da olub.

0
0