London-2012: Özbəkistan yığmasında da dopinq tapıldı
29.07.2012 - 16:31
London Olimpiadasının daha bir iştirakçısı yarışlara buraxılmayıb. Apasport.az saytının məlumatına görə, bu dəfə Özbəkistan milli komandasının üzvü Luiza Qaliullina turnirdən kənarlaşdırılıb. Ölkəsinin bədii gimnastika yığmasının üzvü dopinq testdə “ilişib”. Bu üzdən də qadağan olunmuş preparatdan istifadə edən Luiza Olimpiadada iştirak etmək hüququndan məhrum edilib.
0
0